Xəbər lenti

Hindistan Rusiyadan S-400 hava müdafiəsi raket sisteminin alınması üçün 5 milyard dollarlıq müqavilə imzalayıb.Bu müqavilə oktyabrın 5-də Hindistanın baş naziri Narendra Modi və Rusiya prezidenti Vladimir Putin tərəfindən Nyu Delhidə imzalanıb.

Bu müqavilənin Birləşmiş Ştatlar tərəfindən əsəbiliklə qarşılanacağı gözlənilir. Ötən ay ABŞ Rusiyadan S-400 də daxil silah aldığına görə Çinin üzərinə sanksiyalar elan edib. İmzalanmadan sonra keçirilən mətbuat konfransında Putin deyib ki, habelə Hindistanda 6 nüvə elektrik layihələri barədə də razılaşmalar əldə olunub.

Putin bunu da əlavə edib ki, o və Modi Hindistanın pilotlu kosmik uçuş planlarına dəstək verilməsi barədə razılaşma əldə ediblər.

Hazırda Rusiya və ABŞ arasında münasibətlər Soyuq müharibənin sonundan bəri ən aşağı həddinə enib. Bu ilk növbədə Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq etməsi və Moskvanın şərqi Ukraynada separatçılara dəstək verməsi ilə bağlıdır.

Bu ayın əvvəllərində Hollandiya, Britaniya və ABŞ Moskvanı bir sıra qlobal haker hücumlarını həyata keçirməkdə ittiham edib. Hindistan və Rusiya arasında uzun müddətdən bəri davam edən isti münasibətlər var və Rusiya Hindistanın əsas silah təchizatçısıdır.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 514          Tarix: 6-10-2018, 11:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma