Səudiyyə Ərəbistanı ilə Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlığa dair 3 milyard dollarlıq müqavilə imzalanacağı gözlənilir.
“Report” xəbər verir ki, bunu “İnterfax”a hərbi-texniki sahədə işləyən və adının çəkilməsini istəməyən məmur bildirib.
Onun sözlərinə görə, bununla bağlı tərəflər arasında yüksək səviyyədə danışqlar aparılacaq. Məlumata görə, bir neçə “Trium S-400” zenit-raket kompleksinin tədürükü məsələsi də müzakirə olunacaq.
“Müqvilənin bu gün (oktyabrın 5-də - “Report”) imzalanacağı gözlənilmir. Ancaq Rusiya Prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanı kralı Salman bin Abdel Əziz əl-Səud arasında keçiriləcək görüşdə lazım razılıq əldə edilərsə, o zaman müqavilənin imzalanması üçün danışıqlar başlaya bilər”, - məmur vurğulayıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının kralı Salman bin Abdel Əziz əl-Səud Moskvada səfərdədir. O, ölkə tarixində Rusiyaya səfər edən ilk kraldır.
Paylaş: