Xəbər lenti

Çexiya Prezidenti Miloş Zeman jurnalistlərin qaraçılar barədə suallarına cavab verərək deyib ki, “qaraçılar kommunist rejimindən başqaları qədər çox əziyyət çəkməyiblər”.

AZƏRTAC xəbər verir ki, Brnodakı Qaraçı Mədəniyyəti Muzeyi “Çex Radiosu” üçün məlumatda bu fikri təkzib edib.

Muzeyin mətbuat katibi Kristina Koqoutova bildirib ki, sosializm illərində hakim rejim qaraçıların milli eyniliyini boğurdu. Bəzi qaraçı ailələrinin uşaqlarını əllərindən alırdılar, qaraçı dilində danışmaq qadağan edilirdi. Koqoutova, həmçinin xatırladıb ki, qaraçılar yalnız “məxməri inqilab”dan sonra öz milli mənsubiyyəti və qaraçı soyqırımı haqqında danışmaq imkanı əldə ediblər.

 




Ana səhifəyə qayıt        Baxış: 475          Tarix: 6-10-2018, 16:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma