Xəbər lenti

Ukraynadan Belarusa qeyri-leqal yollarla çoxlu sayda silah daxil olur.

AZƏRTAC-ın BELTA-ya istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın keçmiş Prezidenti Viktor Yuşenko ilə görüşündə Belarus Prezidenti Aleksandr Lukaşenko məlumat verib.

A.Lukaşenko bildirib ki, Ukraynada baş verən hadisələrin, gedən proseslərin Belarusa təsiri böyükdür. “Xüsusilə Ukrayna sərhədlərindən Belarusa silahların axını bizi narahat edir. Biz onların əksəriyyətini müsadirə edirik”, – deyə Belarus Prezidenti əlavə edib.

Görüşdə Ukrayna daxilində gedən proseslər, iki ölkə arasında münasibətlərin tarixi və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 564          Tarix: 8-10-2018, 17:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma