“Forbes” jurnalının tərtib etdiyi reytinqə görə, ABŞ investoru Uorren Baffet bir il ərzində ən çox ianə edən amerikalılar arasında birinci yerə çıxıb.
O, 2017-ci ildə xeyriyyə təşkilatlarına 2,8 milyard dollar yardım edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, jurnalda Uorren Baffetin 2 milyard dollardan çox vəsaiti öz yaxın dostları Bill və Melinda Qeytsin xeyriyyə fonduna keçirdiyi bildirilir.
Yerdə qalan məbləği investor mərhum xanımı Syuzan Topmson Baffetin yaratmış olduğu fondun və hər ikisinin övladlarının təsis etdiyi üç təşkilatın arasında bölüşdürüb.
Jurnalın reytinqində 2-ci yerdə Bill və Melinda Qeyts (2,5 milyard ABŞ dolları), 3-cü yerdə milyarder və Nyu-Yorkun sabiq meri Maykl Blumberq (702 milyon ABŞ dolları), 4-cü yerdə “Walmart” supermarketlər şəbəkəsinin yaradıcısı Sem Uolton ailəsi (536 milyon ABŞ dolları), 5-ci yerdə Corc Soros (531 milyon ABŞ dolları), 6-cı yerdə “Facebook”un yaradıcısı Mark Tsukerberq və xanımı Pristsilla Çanın (400 milyon ABŞ dollar) adları qeyd olunub.
Paylaş: