“Blumberq” agentliyi dünyanın 25 ən zəngin ailəsinin adını açıqlayıb.
Agentlik bu ailələrin ümumilikdə 1,1 trilyon dollar varidata sahib olduğunu bildirib.
Yeni reytinq cədvəlinə Uolton ailəsi rəhbərlik edib. Dünyadakı 12 min “Volmart” supermarket şəbəkəsinin sahibi olan ailənin sərvətinin 151,5 milyard dollar olduğu vurğulanıb.
İkinci yerdə Çarlz və Devid Kox qərarlaşıb. Onların sərvəti 98,7 milyard dollar təşkil edib. İlk üçlüyü Frenk Marsın varisləri tamamlayıb. “Mars” konditer şirkətinin rəhbəri olan ailənin sərvəti 89,7 milyard dollardır.
“Blumberq”in hazırladığı reytinq cədvəlində həmçinin Van Damm, De Mevius və De Şpelberx ailəsi də yer alıb. Belçikadan olan ailə “Anheuser-Busch InBev” pivə şirkətinə rəhbərli edərək 54,1 milyard dollar sərvətə sahibdir. Belçikadan olan Düma ailəsi isə Hermes Modalar Evinə rəhbərlik sayəsində 49,2 milyard dollar qazanıb.
Reytinq cədvəlinə Hindistanın “Reliance Industries” ($43,4 milyard dollar) holdinqinin rəhbəri Ambani ailəsi, Almaniyanın “Aldi” supermarketlər şəbəkəsinin rəhbəri olan Albrext ailəsi (38,8 milyard dollar), Fransanın “Auchan” supermarketlər şəbəkəsinin rəhbəri Mulye ailəsi (37,5 milyard dollar) və “Samsunq”un yaradıcısı Çxol ailəsi (30,9 milyard dollar) də düşüb/Axar.az.
Paylaş: