Xəbər lenti

Terrorçular İran sərhədçisini qaçıraraq Pakistan ərazisində girov saxlayırlar.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi deyib. B.Qasemi hadisənin oktyabrın 15-də baş verdiyini nəzərə çatdıraraq Pakistan dövlətindən girov götürülmüş iranlı sərhədçinin azad edilməsi üçün təcili tədbirlərin görülməsini tələb edib.

Qeyd olunub ki, İran Pakistan ilə mehriban qonşuluq və dostluq prinsiplərini əsas tutaraq qarşılıqlı münasibətlərin inkişafına çalışır. Lakin Pakistan sərhədində fəaliyyət göstərən silahlı terrorçulara qarşı Pakistan tərəfi əməli tədbirlər görməlidirlər.

 




Ana səhifəyə qayıt        Baxış: 401          Tarix: 17-10-2018, 15:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma