Xəbər lenti

“Menbiç rayonu ətrafındakı Türkiyə və ABŞ hərbçiləri hazırlıqları və ortaq əməliyyat təlimlərini başa çatdırıblar”.

Bunu Pentaqonun sözçüsü, mayor Sön Robertson“Anadolu” agentliyinə müsahibəsində bildirib.

O, əməliyyatların keçiriləcəyi tarix ilə bağlı məlumat verməkdən yayınaraq, tədbirlərin “bir-iki gün içində”, yaxud “bir həftədən daha az müddətdə” başlaya biləcəyini vurğulayıb.

Sön Robertson Türkiyə-ABŞ hərbçilərinin ortaq əməliyyat keçirmə qabiliyyətlərinin sinxronlaşdırıldığını deyib.

Qeyd edək ki, Suriyanın Hələb əyalətinin Münbic rayonunda terrorçu PKK qruplaşmasının “YPG/PYD” adlı qolları yerləşdirilib. Rəsmi Ankara Vaşinqtondan terrorçuların bölgədən çıxarılmasını istəyir.

 




Ana səhifəyə qayıt        Baxış: 392          Tarix: 30-10-2018, 14:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma