Xəbər lenti

 Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatında zərərsizləşdirilən terrorçularına sayı 2795 nəfərə çatıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu baş nazirin müavini, hökumət sözçüsü Bekir Bozdağ deyib.

O, bildirib ki, zərərsizləşdirilənlər arasında PKK-nın Suriya qolu YPG və PYD silahlıları ilə yanaşı, İŞİD terroçuları da var. Son 3 gündə zərərsizləşdirilən terrorçuların sayı 361 nəfər olub. 

Əməliyyat çərçivəsində ümumilikdə 142 yaşayış məntəqəsi nəzarət altına alınıb. 




Ana səhifəyə qayıt        Baxış: 725          Tarix: 6-03-2018, 01:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma