Xəbər lenti

 

Türkiyənin İzmir şəhərində FETÖ terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, İzmir prokurorluğu "ByLock" şifrəli messencerindən istifadə edən, eləcə də terror təşkilatı ilə əlaqədə şübhəli bilinən şəxslərin həbsinə qərar verib.

Polis İdarəsinin mütəşəkkil cinayətlərlə mübarizə şöbəsinin keçirdiyi əməliyyat zamanı vəzifədə olan komissar köməkçisi, xidmətdən xaric edilən komissiar müavini və polis məmurları daxil olmaqla 18 şübhəli şəxs saxlanılıb.




Ana səhifəyə qayıt        Baxış: 409          Tarix: 20-08-2019, 16:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma