İraqdakı Həşdi Şəbi qüvvələrinə istiqamətlənmiş hava zərbələrinin Suriyadakı terror təşkilatı YPG/PKK-nın nəzarətindəki bazalardan edildiyi iddia olunur.
"Middle East Eye" xəbər agentliyi "Bağdad İraqdakı İsrail hücumlarının Suriyadakı YPG-nin nəzarətində olan bölgədən həyata keçirdiyinə inanır" başlıqlı xəbər yayımlayıb.
Musavat.com bu barədə Türkiyə mətbuatına istinadən məlumat verir.
Bağdaddakı son kəşfiyyatlarla bağlı məlumatı olduğuna inanılan və adının gizli qalmasını istəyən iraqlı generalın verdiyi məlumata görə, İraq kəşfiyyatı Həşdi Şəbi qüvvələrinə son 5 hava hücumunun Suriyanın şimalındakı YPG/PKK nəzarətindəki bazalarda yerləşdirdiyi qüvvələr tərəfindən edildiyini düşünür.
İraqdakı sonuncu hücumların YPG/PKK və Səudiyyə Ərəbistanının dəstəyi ilə İsrail tərəfindən təşkil olunduğunu bildirən iraqlı general pilotsuz uçuş aparatının hücumlarının Səudiyyə Ərəbistanının maliyyə dəstəyi ilə YPG bölgəsindən başladıldığını da qeyd edib.
İsrail pilotsuz uçuş aparatlarının İraqdakı hədəfləri vura biləcək mənzilə sahib olmadığı üçün hücumlarda Suriyanın şimalından istifadə etdiyini bildirən general "İsrail tərəfi pilotsuz uçuş aparatlarını YPG-nin nəzarəti altındakı bazalardan idarə edir" - deyə sözlərinə əlavə edib.
Paylaş: