Demokratik Suriya Gücləri (DSG) İŞİD-ə qarşı beynəlxalq koalisiyanın hava dəstəyi ilə şərq bölgəsindən Raqqaya daxil olub.
Ovqat.com xəbər verir ki, PKK-nın Suriya qanadı YPG-yə yaxın qaynaqlar bir neçə dəqiqə öncə bu məlumatı yayıblar.
ABŞ-ın dəstəklədiyi DSG-nin əsas onurğa sütununu YPG təşkil etdiyindən, YPG rəsmiləri tərəfindən yayılan bu məlumat ciddi qəbul olunur.
Xatırladaq ki, ABŞ-ın Raqqa əməliyyatına DSG ilə başlaması Türkiyədə birmənalı qarşılanmamış, Ankara bir terror təşkilatını digər terror təşkilatı vasitəsilə sıradan çıxarmağın bölgə insanları və öz dövlət maraqları baxımından təhlükəli hesab etmişdi.
Türkiyənin bütün etirazlarına baxmayaraq, bir neçə gün öncə başladılan Raqqa əməliyyatının tez bir zamanda nəticə verəcəyi gözlənilməz deyildi. Məlumatlara görə, əməliyyatdan bir neçə gün əvvəl İŞİD YPG ilə Raqqanın asanlıqla təhvil vermək barədə razılığa gəlmişdi.
Paylaş: