Xəbər lenti

 

İspaniyanın “Barselona” klubu itki ilə üzləşib.

APA-nın məlumatına görə, Kataloniya təmsilçisi fransalı müdafiəçisi Samuel Umtitinin xidmətindən məhrum olub.

Fransa milli komandasının düşərgəsində məşq zamanı zədələnən arxa xətt oyunçusunun xəsarətinin ciddi olması aşkarlanıb. Sağ ayağı zədələnən futbolçuda çat aşkarlanıb.25 yaşlı müdafiəçinin müalicə və bərpası 5-6 həftə çəkəcək. S.Umtiti də bir aydan artıq müddətdə komandasına kömək edə bilməyəcək.




Ana səhifəyə qayıt        Baxış: 310          Tarix: 14-09-2019, 11:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma