Xəbər lenti

 

BMT baş katibi Antoniu Quterreş Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovun görüşünü alqışlayıb.

Bu barədə "Report" BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrikin təşkilatın saytındakı bəyanatına istinadən xəbər verir.

"BMT-nin baş katibi Gürcüstan və Rusiyanın xarici işlər nazirlərinin sentyabrın 26-da İsveçrənin vasitəçiliyi ilə keçirilmiş görüşünü alqışlayır", - deyə sənədin mətnində bildirilir.

BMT Baş Assambleyasını 74-cü sessiyası çərçivəsində baş tutan görüşdə Gürcüstan tərəfinin əsas müzakirə mövzusu ölkə ərazisinin işğalı olub. Görüş İsveçrənin təşəbbüsü və təşkilatçılığı ilə keçirilib.




Ana səhifəyə qayıt        Baxış: 434          Tarix: 27-09-2019, 10:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma