Xəbər lenti

 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz separatçı rejimin hesabatının BMT-də yayılmasına münasibət bildirib

Moderator.az xəbər verir ki, XİN-in mətbuat katibi Leyla Abdullayeva Modern.az-a açıqlamasında deyib:

“Qeyd etmək istərdim ki, Ermənistan BMT-də üzvlük haqqından sui-istifadə edərək BMT-dəki nümayəndəsinin Baş katibə ünvanlandığı məktubunun əlavəsi qismində Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərdəki qanunsuz separatçı rejimin kağızını yayıb. Xatırladım ki, Ermənistan tərəfindən BMT, eləcə də ATƏT çərçivəsində qanunsuz separatçı rejimin kağızlarını yaymaq təcrübəsindən istifadə olunur, lakin bu heç bir halda bu təşkilatların mövqeyini əks etdirmir.

Ermənistan tərəfinin BMT çərçivəsində növbəti təxribatına cavab olaraq ölkəmizin BMT yanında Nümayəndəliyinin BMT Baş katibinə etiraz məktubu ünvanlanıb və məktubumuz bu günlərdə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunacaq”.




Ana səhifəyə qayıt        Baxış: 488          Tarix: 22-08-2019, 17:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma