Xarici İşlər nazirinin müavini Ramiz Həsənov Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun ötən gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi bəyanata reaksiya verib.
R.Həsənov Oxu.Az-a açıqlamasında bildirib ki, hələlik gözləmək lazımdır.
“Bilirsiniz ki, cənab Prezident Soçidə səfərdədir. Danışıqları gözləmək lazımdır. Əlavə məlumat veriləcək”, - deyə R.Həsənov əlavə edib.
Qeyd edək ki, Rusiya XİN başçısı S.Lavrov Qarabağ cəbhəsində sakitliyin müşahidə olunduğunu deyib. Bununla belə, o bildirib ki, siyasi proses dayanıb.
“Bu prosesi yerindən tərpətmək alınmır. Əlaqələr var, amma nizamlama ilə bağlı dialoq hələlik bərpa olunmayıb. Amma mən bu halda irimiqyaslı əməliyyatların başlaması üçün hər hansı bir aşkar və ya qeyri-aşkar təhdid görmürəm”.
O qeyd edib ki, Rusiya Qarabağ cəbhəsində sabitliyin pozulmaması üçün əlindən gələni edəcək.
S.Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) yaxından işlədiyini də bildirib.
Paylaş: