“Dağlıq Qarabağ münaqişəsində birbaşa dialoq var, lakin təəssüf ki, bu, hələlik ciddi irəliləyişlə nəticələnmir”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Vyanda ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu il ərzində Azərbaycan və Ermənistan prezidentlərinin bir, xarici işlər nazirlərinin isə bir neçə dəfə görüşü keçirilib.
“Bu dialoq pozitiv haldır. Biz amerikalı və fransalı həmkarlarla birlikdə kollektiv yanaşmanın olduğu istiqamətdə işləməyə davam edəcəyik. Bu sessiyada biz bunu bir daha təsdiq etdik. Verdiyimiz bəyanatda həll üçün nəzərdə tutulan əsas prinsiplər öz əksini tapıb. Tərəflər bunu qəbul edib, lakin hələ addım atılmayıb. Bu, asan məsələ deyil, amma bu istiqamətdə işləyəcəyik”, - deyə o bildirib.
Paylaş: