Xəbər lenti

 

İtaliyanın Triest şəhərində baş vermiş atışmada iki polis əməkdaşı həlak olub.

Bu barədə "Report" ANSA agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, atışma polis bölməsinin binası qarşısında baş verib. Hadisə zamanı daha üç polis əməkdaşı və bir mülki şəxs yaralanıb. Ehtimal edilir ki, həmin şəxs hücum edən silahlıdır.

Hazırda polis atışmanın baş verdiyi ərazini əhatəyə alıb. Hadisənin başvermə şəraiti müəyyənləşdirilir. İlkin informasiyaya görə, iki nəfər polis bölməsinin binasına daxil olaraq içəridəkilərə atəş açıb.




Ana səhifəyə qayıt        Baxış: 359          Tarix: 4-10-2019, 23:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma