Xəbər lenti

 

“Rusiya Ermənistana elə silah-sursat satır ki, onlar əvvəllər verilməyib».
Moderator.az xəbər verir ki, işğalçı ölkə mediasının yaydığı məlumata görə  bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya İnteqrasiyası və Soydaşlarla Əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov deyib.
“Odur ki, silah tədarükündə Rusiya tərəfindən incimək günahdır. Rusiya təkcə Azərbaycana deyil, müttəfiqlərinə və tərəfdaşlarına da silah satır. Ermənistan da müttəfiqlərinə aiddir və ona  daha çox satır, heç vaxt başqa ölkələrə satmayacağı silahları satır”- deyə Kalaşnikov İrəvanda jurnalistlərə bildirib. 
Ermənistan baş nazirinin bu məsələ ilə bağlı narahatlığına dair bir suala cavab olaraq isə Kalaşnikov bəyan edib: 
"Əlbəttə, bu, narahat edir,  ən yeni silahları Ermənistana satmağımız Azərbaycanı da   narahat edir..."



Ana səhifəyə qayıt        Baxış: 555          Tarix: 5-11-2019, 17:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma