ABŞ Prezidenti Donald Trampın NATO üzvü olan ölkələrə alyans üçün ümumdaxili məhsulunun 2 faizi həddində maliyyə ayırmasına dair təzyiqləri nəticə verir.
Teleqraf.com xəbər verir ki, artıq ümümdaxili məhsulun 2 faizini müdafiə sahəsinə ayrılan ölkələrin sayı durmadan genişlənir.
Hazırda 9 ölkə Trampın NATO ilə bağlı irəli sürdüyü şərtlərə cavab verir.
NATO-nun son məlumatlarına görə, Avropa ölkələri və Kanadanın müdafiə xərclərində 2019-cu ildə 4,6 faiz artım müşahidə edilib. NATO-nun Baş katibi Yens Stoltenberq 2016-cı ildən bu yana müdafiə xərclərində 130 milyard dollarlıq artış qeydə alındığını deyib.
Hazırda ümumdaxili məhsulunun 2 faizi həcmində müdafiə sahəsinə maliyyə ayıran ölkələrə ABŞ liderlik edir. Yüzdə iki hədəfinə çatan ölkələr ABŞ, Bolqarıstan, Yunanıstan, İngiltərə, Estoniya, Ruminiya, Latviya, Litva, Polşadır. Türkiyə 1,89 faizlə bu ölkələri izləyir.
NATO üzvlərinin mütləq əksəriyyəti elan edir ki, 2024-cü ildə bu hədəfə çatacaqlar.
Paylaş: