Xəbər lenti



Rusiya əmanətçilərinin yerli banklara inamı çox sarsılıb. Onlar milyardlarını banklardan çıxarır.

Proses hələ fevralda başlamışdı. “Sberbank”, VTB və “Qazprombank”dan 300-360, başqa kiçik maliyyə müəssisələrindən 100-120 milyon dollar əmanət götürülmüşdü. Halbuki onda rubl hələ ciddi zərbə almamışdı. Proses martda da davam edib. Beləcə, banklardan çıxarılan ümumi məbləğ 2 milyard dolları keçib.
Martın 6-da Rusiya ilə Səudiyyə Ərəbistanının neft hasilatının azaldılması məsələsində ortaq məxrəcə gəlməməsindən sonra bazarda inqilabi dəyişikliklər oldu. Neftin qiyməti kəskin aşağı düşdü, rubl isə ciddi dəyər itirdi. Rusiya pulu hətta tarixinin ən zəif göstəricisini də gördü. \\Konkret



Ana səhifəyə qayıt        Baxış: 1 870          Tarix: 31-03-2020, 20:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma