Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Faysal bin Farhan Al Saud Rusiya tərəfinin qarşıdakı “OPEC+” (OPEC – Neft İxrac edən Ölkələr Təşkilatı, və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) iclası zamanı neft hasilatının azaldılması məsələsində düzgün qərar verəcəyinə ümid edir.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə mətbuat agentliyi məlumat yayıb.
Nazirin sözlərinə görə, neft bazarlarında arzuolunan tarazlığı bərpa etmək məqsədi ilə ədalətli razılaşma əldə etmək üçün, keçiriləcək görüş zamanı Rusiya düzgün qərar verəcək.
Bununla yanaşı Faysal bin Farhan Al Saud Ər-Riyadın neft hasilatını azaltmaq üçün sazişin uzadılmasına getmədiyi barədə yayılan məlumatların reallığa uyun olmadıqlarını qeyd edib.
Xatırladaq ki, martın 6-da “OPEC+” (OPEC – Neft İxrac edən Ölkələr Təşkilatı, və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin Vyanada keçirilən rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib. Rusiya və bir sıra qeyri-OPEC ölkələri koronavirusla əlaqəli vəziyyətə cavab olaraq gündəlik neft hasilatını bir qədər də (1,7 mln. bareldən əlavə daha 1,5 mln. barel) azaltmaq təklifini qəbul etməyib. Nəticədə, tərəflər bir razılığa gəlməyib və aprelin 1-dən əvvəlki alyans üzvlərindən heç biri hasilatı məhdudlaşdırmaq öhdəliyini daşımır.
Buna baxmayaraq, Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədilə aprelin 6-da video-konfrans formatında keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşünə dəvət alıb. Görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni “Əməkdaşlıq Bəyannaməsi”nin müzakirəsi nəzərdə tutulur.
Qeyd edək ki, bu görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar