Xəbər lenti

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələri tərəfindən neft hasilatının azaldılmasına dair bağlanmış saziş qüvvəyə mindikdən sonra dünya üzrə neft ehtiyatları 300 mln. barel azalaraq 2,83 mlrd. barelə enib.

“İnterfax”ın verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bu gün OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin – OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında deyib.

“İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrinin neft ehtiyatları 15 ay ərzində durmadan azalırdı. Neft ehtiyatlarının həcmi artıq 300 mln. barel – 2,83 mlrd. barelədək azalıb”, – deyə o bildirib.

Bununla belə, Rusiyanın energetika naziri Aleksandr Novak isə qeyd edib ki, aprelin 1-nə izafi neft ehtiyatlarının həcmi 12 mln. barel təşkil edir. (APA)

 




Ana səhifəyə qayıt        Baxış: 564          Tarix: 20-04-2018, 15:48      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent