Xəbər lenti


Yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar İranda ənənəvi dini ziyarətlərə və hər il keçirilən İmam Hüseynin ölümü ilə əlaqədar 40 mərasiminə həsr olunan yürüşlər ləğv edilib.

APA-nın məlumatına görə, bunu bu gün İran Prezidenti Həsən Ruhani Dövlət Televiziyasında çıxışında bildirib.

H. Ruhani bu il İraqa dini ziyarətlərin həyata keçirilməyəcəyini, İraqın da bu il zəvvarları qəbul etməyəcəyini bəyan etdiyini söyləyib.

İran Prezidenti qeyd edib ki, ali dini lider Əli Xamenei də dini tədbirlərin evdə keçirilməli olduğu barədə birmənalı göstəriş verib.

Qeyd edək ki, İmam Hüseynin ölümü ilə əlaqədar 40 mərasiminə həsr olunmuş yürüşlər oktyabrın 8-də keçirilməli idi. Keçən il İmam Hüseynin 40-ı ilə bağlı İrandan İraqa rekord sayda - 3,5 milyon zəvvar getdiyi açıqlanmışdı.

Son məlumatlara görə, İranda koronavirusa yoluxanların sayı 439 min 882 nəfərə, ölənlərin sayı 25 min 222 nəfərə çatıb.



Ana səhifəyə qayıt        Baxış: 2 620          Tarix: 26-09-2020, 22:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma