İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 12-də jurnalistlərə açıqlamasında ölkədə koronavirus qurbanlarının bu günə olan yeni statistikasını yayıb.
Cahanpur bildirib ki, son bir sutka ərzində İranda daha 75 nəfər koronavirusdan ölüb: “Dünəndən bu günə qədər ölkədə daha 1075 nəfərin vurusa yoluxması aşkar edilib. Həmçinin həmin müddətdə xəstəliyə yoluxanlardan 75 nəfəri də həyatını itirib. Bununla da, ölkədə bu günə qədər korona virusuna yoluxanların sayı 10075 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 429 nəfərə yüksəlib” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bəyan edib.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü ölkədə koronavirusa yoluxanların sayının 10075 nəfərə, xəstəlikdən ölənlərin sayının isə 429 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, virusa yoluxanların və ölənlərin sayının bir neçə dəfə çox olduğunu bildirirlər.
Həmin mənbələrin bildirdiyinə görə, İran rejimi ölənlərin sayını az göstərməklə, virusla mübarizədə öz səriştəsizliyini və ölkədə baş verən dəhşətli faciənin miqyasını xalqdan və cəmiyyətdən gizlətməyə çalışır.
GünazTV
Paylaş: