Xəbər lenti


İrəvan Rusiya Prezidenti Vladimir Putindən Ermənistanla Azərbaycan arasındakı sərhədin demarkasiyası prosesini dəstəkləməsini istəyib.

RBK-nın məlumatına görə, müvafiq məktubla Rusiya liderinə erməni həmkarı Armen Sarkisyan müraciət edib.

Ermənistan prezidenti demarkasiya ilə bağlı tərəflər arasında yeni mübahisələrin yaranması baxımından potensial təhlükə olduğunu bildirib.

Görünür, Sarkisyan Ermənistanla Azərbaycan arasındakı sərhədi Putinin təyin etməsinin İrəvan üçün daha xeyirli olacağına əmindir. Yəqin bu zaman Rusiyanın Azərbaycana aid bəzi əraziləri Ermənistana qatmağa çalışacağını düşünür. 

AzPolitika.info






Ana səhifəyə qayıt        Baxış: 2 529          Tarix: 8-12-2020, 21:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma