Xəbər lenti

Ermənistan prezidenti Serj Sarkisyan bu gün Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonundakı hərbi hissələrin birində olub.

Publika.az
 xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Sarkisyan sərhədin şimal-şərqində yerləşən erməni hərbi birləşmələrinin mövqelərinə baxış keçirib.

Cəbhədə yaranmış gərginlik və nazirlərin iyulun 11-də keçirilən Brüssel görüşündən sonra Ermənistan prezidentinin Azərbaycana sərhədə gəlməsi erməni hərbi birləşmələrinin yeni təxribatlara əl ata biləcəyi ehtimalını ön plana çıxarır.




Ana səhifəyə qayıt        Baxış: 951          Tarix: 13-07-2017, 17:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma