Xəbər lenti


Ermənistanın Yüksək Texnologiyalar Sənayesi naziri Akop Arşakyan Moskvada Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin rəhbəri Dimitri Şuqayevlə görüşüb.

Xatırladaq ki, Rusiyada bu qurum ölkədən silah ixracına icazə və lisenziyalar, silah istehsalı və araşdırımalar üçün və bu sahədə xarici əməkdaşlıq üçün müxtəlif qurumlara səlahiyyətlər verir, verilmiş silahların modernizasiyası, servis və kadrların hazırlanması işlərini həll edir.

Erməni nazir Rusiyanın Federal Xidmət rəhbəri ilə Ermənistanın hərbi-sənaye kompleksinə daxil olan qurumların yenidən qurulması və yenidən təchizatı məsələlərini, müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin rəhbərliyi Ermənistanla hərbi sahədə əməkdaşlığın gücləndiriləcəyini, Ermənistanın ArmHiTec silah və hərbi texnologiyalar sərgisində bundan sonra da yaxından iştirak edəcəklərini bildirib.

"AzPolitika.info"



Ana səhifəyə qayıt        Baxış: 2 685          Tarix: 16-12-2020, 15:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma