Xəbər lenti

 

“Rusiya və Belarusun Azərbaycanla hərbi əməkdaşlıqdan imtina etməsi mənfi nəticəyə səbəb ola bilər”.

Bunu Ermənistanda səfərdə olan Rusiya Federal Şurasının Xarici əlaqələr komitəsinin rəhbəri Konstantin Kosaçev keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu nəticələrdən biri digər silah tədarükçülərinin Azərbaycanla əməkdaşlığa başlaması ola bilər.

Kosaçev bunun münaqişə zonasında partlayış vəziyyəti yaradaraq silah rəqabətinə səbəb olacağını qeyd edib:

“Müxtəlif silahlardan istifadə edən hərbçilərin necə davrandıqlarını bilirik - həmişə güclü olduqlarını göstərmək istəyirlər, bu, bölgədə güclü partlayışa səbəb ola bilər”.

Kosaçev tərəfləri Cənubi Qafqaz bölgəsindəki hərbi tarazlığı saxlamaq üçün Qarabağ münaqişəsinin “hərbiləşməyən dövlət”də həll edilməsinin vacib şərtlərindən biri olduğunu unutmamağa da çağırıb:

“Azərbaycanla iş birliyinin olmaması bölgədəki mövcud güc tarazlığının dəyişməsinə səbəb ola bilər ki, bu da irimiqyaslı hərbi əməliyyatların başlamamasının çox ciddi bir qarantıdır. Birbaşa hərbi əməliyyatlar bütün səylərin üstündən xətt çəkəcək”.

Kosaçev Rusiyanın Ermənistanla və Azərbaycanla hərbi-texniki sahədə müxtəlif şərtlərdə əməkdaşlıq etdiyini xatırlatdı:

“Ermənistan Rusiyanın KTMT-də tərəfdaşı və müttəfiqidir, bizim Azərbaycanla belə münasibətlərimiz yoxdur. Buna görə də münasibətlərdə fərqlilik var”. \\Teleqraf




Ana səhifəyə qayıt        Baxış: 417          Tarix: 18-12-2019, 22:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma