Xəbər lenti


Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə mövcud olan siyasi qüvvələri 2021-ci ildə növbədən kənar parlament seçkilərinin keçirilməsi üçün məsləhətləşmələrə çağırıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Paşinyan həmçinin insanların istəyi ilə baş naziri postundan istefa verə biləcəyini də açıqlayıb.

Paşinyan əlavə edib ki, yalnız bu addımı xalqın qərarı ilə ata bilər: "Bununla belə, xalqın gələcəyə inamının qırılmaması üçün bu çətin dövrdə Ermənistanda liderliyimi davam etdirməyə hazıram”.



Ana səhifəyə qayıt        Baxış: 2 484          Tarix: 25-12-2020, 22:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma