Xəbər lenti


Donbasdakı situasiya kritik deyil və hərbçilərin nəzarəti altındadır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Həqiqətən Donetsk və Luqansk vilayətlərində gərginlik yaşanır. Atəşlərin sayı artır, amma deyə bilmərik ki, bu, kritik situasiyadır.

Vəziyyət hərbçilərimizin nəzarəti altındadır. Rusiya hazırda Ukraynanın Donbasda hücumlara hazırlaşması ilə bağlı dezinformasiya yayır.

Bu, həqiqət deyil. Bu, bizə qarşı psixoloji hücumdur”, – deyə o bildirib.



Ana səhifəyə qayıt        Baxış: 2 998          Tarix: 13-03-2021, 16:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma