Xəbər lenti


“Rusiya Federasiyasının Ukraynanın cənubunda hərbi əməliyyata başlamaq planları barədə mesajlar həqiqətləri əks etdirmir, bu, axmaqlıqdır”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, tamamilə axmaqlıqdır. Bu, Ukraynadakı anti-Rusiya isteriyasının süni şəkildə yayılmasıdır. Təəssüf ki, bu, heç bir şəkildə cənub-şərqdəki (Ukrayna) vəziyyəti həll etməyə kömək etmir”, - Peskov bildirib.

Bundan əvvəl Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neijpapa ölkəsinin Donbasda geniş miqyaslı hərbi qarşıdurmaya hazırlaşdığını deyib. O, bunun həm orduya, həm də mülki əhaliyə baha başa gələcəyini söyləyib.
Onun sözlərinə görə, Rusiya ordusunun Xerson bölgəsinin cənubuna hücum edəcəyi istisna edilmir: “Hazırlaşırıq. Hər şeyi deyə bilmərəm, amma burada bir az həqiqət var”.



Ana səhifəyə qayıt        Baxış: 3 551          Tarix: 6-07-2020, 21:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma