Xəbər lenti


Ukraynanın şərqində atəşkəsin pozulması nəticəsində Ukrayna ordusunun iki əsgəri həlak olub.

APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, tank əleyhinə əl qumbaraatanları, avtomat və pulemyotlardan istifadən edən separatçılar atəşkəsi 7 dəfə pozub.

Ukrayna ordusunun “Şərq” əməliyyat və taktiki qrupunun nəzarət zonasına daxil olan Avdiivka (Donetskdən 17 km şimalda), Lebedinske (Mariopoldan 16 km şərqdə) yaxınlığında Ukrayna mövqeləri separatçılar tərəfindən atəşə tutulub.

Həmçinin “Şimal” əməliyyat və taktik qrupunun nəzarət zonasında olan Zolote-4 (Luqanskdan 59 km qərbdə) və Novooleksandrivka ərazisində (Luqanskdan 65 km qərbdə) də Ukrayna mövqeləri separatçılar tərəfindən atəşə tutulub.

Nəticədə Ukrayna ordusunun iki əsgəri həlak olub.



Ana səhifəyə qayıt        Baxış: 3 021          Tarix: 6-04-2021, 12:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma