Azov dənizinin Kerç boğazı yaxınlığında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FSB) aid sərhəd təhlükəsizliyi kateri Ukraynanın döyüş gəmilərinə atəş açıb.
Ovqat.com xəbər verir ki, məlumatı Ukraynanın Hərbi Dəniz Qüvvələri Komandirliyi yayıb.
Məlumata görə, atəş nəticəsində Ukraynanın iki gəmisi zərər görüb, 6 matros isə yaralanıb.
Məlumatda o da bildirilir ki, Ukraynanın 3 hücum gəmisi Rusiya xüsusi qüvvələri tərəfindən ələ keçirilib.
Ukrayna mətbuatı gəmilərdə çıxan yanğın nəticəsində bir hərbçinin həyatını itirdiyini iddia edir.
Rusiya dünən səhər Ukrayna gəmilərinin Rusiyanın su sərhədlərinə daxil olduğunu bildirmiş və bu “təcavüz”ün qarşısını almaq üçün öz gəmilərini hadisə yerinə göndərmişdi. İki ölkə arasında Qara və Azovun dənizlərində mübahisəli ərazilər var və bu da zaman-zaman ciddi insidentlərə yol açır.
Bununla belə, indiyə qədər Ukrayna-Rusiya arasında döyüşlər əsasən Moskva tərəfindən dəstəklənən separatçılar vasitəsilə aparılırdı. Son gərginlikdə FSB-nin birbaşa iştirak etməsini iki dövlət arasında müharibənin yeni mərhələyə qədəm qoyduğundan - rəsmən başlanmasından xəbər verir.
Paylaş: