Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali komissarı Cozep Borrel birliyin xarici işlər nazirləri ilə onlayn görüş keçirib.
Ovqat.com xəbər verir ki, bunu görüşdən sonra keçirilən mətbuat konfransında Aİ rəsmisinin özü deyib.
O, görüşdə Ukrayna-Rusiya məsələlərinin geniş şəkildə müzakirə olunduğunu söyləyib. Borrelin bildirdiyinə görə, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da iclasa qatılıb və ölkəsindəki son vəziyyətlə bağlı nazirləri məlumatlandırıb. Natiq çıxışında Aİ-nin Rusiyanın Ukrayna və Krımdakı hərbi fəaliyyətindən və mövcudluğundan xeyli narahat olduğunu bildirib.
150.000 rus əsgərinin Ukrayna sərhəddinə göndərildiyini bildirən Borrel bunun 2014-cü il ilhaqından bəri Ukrayna bölgəyə göndərilən ən böyük hərbi qüvvə olduğunu qeyd edib. Rus ordusunun sərhəddə hərbi texnika, avadanlıq və səhra xəstəxanaları kimi bir çox sursatlar göndərdiyini söyləyən Borrel Rusiyanı bir daha gərginliyi azaltmağa və əsgərlərini geri çəkməyə çağırıb.
"AB Xarici İşlər nazirlərinin mesajı çox aydındır. Biz Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə tam dəstəyimizi təsdiqləyirik", - Borrel belə deyib.
Ukraynanın tələbi ilə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilib edilməyəcəyi sualına Borrel Rusiyaya hələ ki yeni sanksiyalar tətbiq etməyəcəklərini və vəziyyətin dəyişə biləcəyinə inadığını bildirdi.
İclasda bir sıra beynəlxalq məsələlər, o cümlədən Gürcüstandakı siyasi böhran və ABŞ-ın İran ilə qlobal güclər arasında imzalanan nüvə anlaşmasına geri dönməsi üçün həyata keçirilən diplomatik təşəbbüslər də müzakirə edilib.
Aİ-nin Gürcüstanda hökumət və müxalifət arasındakı siyasi böhranda vasitəçilik rolu oynadığını xatırladan Borrel Avropa Şurası tərəfindən təqdim olunan təklifin hakim “Gürcü Arzusu” tərəfindən qəbul ediləcəyi xəbərini aldıqlarını vurğulayıb. O, digər təkliflərdə də şad xəbər gözlədiklərini bildirib.
Borrel, 2018-ci ildə İranla qlobal güclər və ABŞ arasında imzalanan nüvə sazişinin tam icrası və ABŞ-ın razılaşmaya qayıtması ilə bağlı Vyanada aparılan danışıqların müsbət yöndə irəlilədiyini deyib. ABŞ-ın razılaşmaya qayıtmasının və razılaşmanın tam olaraq həyata keçirilməsinin dünyanı daha təhlükəsiz hala gətirəcəyini söyləyən Borrel bu məsələdə nikbinliyini gizlətməyib.
"Hər iki tərəfdə də razılığa gəlmək üçün yaxşı iradə var", -Borrel belə deyib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar