Xəbər lenti

“Suriyada Rusiya və Türkiyə hərbi qüvvələri arasında qarşıdurma riski meydana çıxıb”.

Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Parlamentində çıxışı zamanı deyib. 

“Suriyadakı müharibə artıq 9 ildir davam edir. Hazırda ölkənin şimal-qərbində ağır humanitar fəlakət və təhlükəsizlik böhranı hökm sürür. Suriyanın digər bölgələrində qeyri-sabitlik və dramatik insan əzablarına şahid oluruq. İdlibdə hərbi əməliyyatların intensivləşməsi yüzlərlə mülki şəxsin öldürülməsinə səbəb olub. Məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərə, tibb müəssisələrinə və yaşayış məntəqələrinə hücumlar davam edir. Bütün bunlar beynəlxalq humanitar hüququn açıq və ciddi şəkildə pozulmasıdır”, – deyə C. Borrell bildirib/APA.




Ana səhifəyə qayıt        Baxış: 632          Tarix: 12-02-2020, 17:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma