Xəbər lenti
Dünən, 23:09
Dünən, 22:16
Dünən, 20:13
Dünən, 18:25
Dünən, 17:22
Dünən, 14:10
Dünən, 12:14
Dünən, 10:57
9-12-2024, 23:30
9-12-2024, 21:49
9-12-2024, 21:00
9-12-2024, 20:00
9-12-2024, 19:00
Hazırda dünyada sürətlə yayılan koronavirusun "delta-plus" variantı Hind ştammının bir növüdür. Artıq bizə qonşu bütün ölkələrdə delta-plus variantı aşkarlanıb.
Kral London kollecinin genetik epidemioloqu Tim Spektor hind ştammının insanlarda əvvəlki koronavirus variantlarından fərqli təsir və təcrübə göstərəcəyini bildirib. "Delta-plus"la hind ştammının əlamətləri analoji olaraq oxşardır. Alim 3 əsas simptomu açıqlayıb: güclü baş ağrıları, boğazda ağrı, burun tutulması. Bütün bunlar kəskin halsızlıqla davam edir.
Klassik, əvvəlki koviddə isə yüksək hərarət, öskürək, dad iybilmənin itməsi ilə başlayırdı. Tima Spektor deyir ki, hind ştammında qoxu bilmənin itməsi çox nadir rast gəlinir. Alimlər bildirir ki, "delta-plus"a yoluxma çox asan və sürətlidir. Vaksin olunmuşlar da bundan qorunmur./Bakupost.az
Bu arada İranda 10-dan çox şəxsdə koronavirusun “Delta” ştammı aşkarlanıb. Bunu ISNA-ya açıqlamasında Məşhəd Tibb Elmləri Universitetinin rektor müavini Mehdi Kelyan deyib.
“Təəssüf ki, dünən axşam Məşhəddə 10-dan çox “Delta” ştammına yoluxma müəyyənləşdirildi”, - o qeyd edib.
O bildirib ki, testlər təhlil olunması üçün paytaxt Tehrana göndərilib: “Sözügedən yoluxmaların “Delta” ştammı olduğundan əminik, ancaq yekun rəy Tehran tərəfindən verilməlidir”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar