Xəbər lenti

Polşa Avropa İttifaqı rəhbərliyinə Brüsseldən Varşavaya məhkəmə islahatı və ya böyük məbləğdə cərimə ödəmək barədə göstəriş daxil olandan sonra bu cəmiyyətdən çıxmaq xəbərdarlığı göndərib.

«DailyMail» nəşrinin yazdığına görə, Avrokomissiyanın bu əmrinin cavabında Polşa mühafizəkar «Hüquq və ədalət» millətçi hakim partiyasının nümayəndəsi Rişard Terletski bəyan edib ki, Aİ ilə qarşıdurmada «radikal qərar axtarmaq lazım gələcək». Belə qərarlardan biri kimi, o, bu birliyi tərk etmiş Böyük Britaniyadan nümunə götürməyi tövsiyə edib.

Polşada iqtisadi forumda çıxış edərkən, Terletski deyib ki, partiya Aİ-da qalmaq və əməkdaşlığı dəstəkləmək istərdi, amma Aİ «bizim üçün məqbul olmalıdır».

«Əgər işlər gələcəkdə də belə gedərsə, biz, radikal həll axtamalı olacağıq. Britaniyalılar göstərdilər ki, Brüssel bürokatiyasının diktaturası onların xoşuna gəlmir, döndülər və getdilər» - o, Brexiti nəzərdə tuturaq deyib.

AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 3 162          Tarix: 13-09-2021, 20:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma