Xəbər lenti

Publika.az xəbər verir ki, rus əsilli Svetlana Uhanova, 2 qız uşağı ilə Hatay Vilayətinin Yayladağ rayonundan Suriyaya getmək üçün sərhədi keçmək istəyərkən polis tərəfindən tutulub. Tutularkən polisə saxta kimlik göstərən Uhanovanın, araşdırmalar nəticəsində gerçək kimliyinin müəyyənləşdirildiyi və "terror xarakterli itkin şəxs" kimi axtarıldığı ortaya çıxdı.

Geri göndərmə mərkəzində saxlanıldığı öyrənilən Uhanova ilə bağlı araşdırmaların davam etdiyi, terror təşkilatları ilə əlaqəsinin müəyyən edilməsi üçün ədliyyəyə göndəriləcəyi bildirilib. Əlavə olaraq, rus mətbuatı, yaxınlarına əsaslandığı xəbərdə, Uhanovanın qısa zaman öncə çox dəyişdiyini, Suriyadakı radikal meyllərə qapıldığını, qeyri-rəsmi həyat yoldaşı Yevgeniy Koçaari ilə sosial mediada silahlı şəkilləri yayıldığını qeyd etdi.




Ana səhifəyə qayıt        Baxış: 628          Tarix: 15-07-2017, 12:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma