Xəbər lenti

   Hər il Koreya Xarici İşlər nazirliyi və KBS adlı TV kanalı ilə birlikdə "Quiz On Korea" qlobal bilik prograı təşkil edilir. Bu il bizim ölkəmiz ilk dəfə iyirmi ölkədən biri olaraq yarışmada iştirak etdi.
   Seçim turu olaraq Azərbaycanda keçirilən yarışmada 280-ə yaxın iştirakçı arasında  Nuray Novruzova qalib gələrək Seulda keçirilən yarışmada iştirak etmək hüququ qazandı. Qeyd edək ki, Nuray Novruzova 2001-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulub. Naxçıvan şəhər 12 saylı tam orta məktəbi bitirib. Bakı Mühəndislər Universiteti Sənaye mühəndisliyi ingilis dil bölməsində 5 illik təhsil alıb. Koreya, yapon, ingilis, alman, özbək,  türk və azərbaycan dili daxil olmaqla 7-yə yaxın dil biliyi var. Hazırda Bakı şəhərində yaşayır və  qrafik dizayner və səsləndirmə artisti olaraq fəaliyyət göstərir.
   Yarışdan sonra ölkəmizə qayıdan Nuray Novruzova “Ovqat.com” saytına bunları bildirmişdir: 
  “Əvvəlcə ölkəmiz haqqında təqdimat videosu və milli geyim hazırlamağımız istənildi. Qeyd edim ki , səhnədə  geyindiyim milli rəmzlərimizi daşıyan libasın dizaynı özümə məxsusdur.    Azərbaycan haqqında hazırladığım video və Koreyada keçirdiyimiz müsahibələr dekabr ayında sənədli film kimi televiziyada təqdim olunacağı bildirilir. 
    Yarışmada yer tuta bilməsəm də , 20 ölkə arasında Azərbaycan bayrağı arxasında dayanıb ölkəmizi tanıtmaq çox qürurverici hiss idi. 
   Yarışmaya qatılma səbəbim isə bu zaman ərzində  qazandığım bilikləri Dizayn məqsəd yönümlû istifadə etmək istəməm idi. 
     Azərbaycan və Koreya tarixi, eləcə də mədəniyyəti çox bənzər olsa da, hələ də ölkəmiz haqqında xəbərsiz  insanların çox olması məni heyfsləndirirdi. Bu səbəbdən ilk öncə biliklərimi təkminləşdirib, daha  sonra Koreyada ölkəmiz haqqında məlumat verməyə davam etmək qərarına gəldim. “QUIZ ON KOREA” isə  atdığım ilk addım oldu . Bundan sonra da çox çalışıb   ölkəmiz haqqında məlumat vermək üçün əlimdən gələni edəcəyəm”




Ana səhifəyə qayıt        Baxış: 3 949          Tarix: 28-10-2024, 10:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma