Xəbər lenti
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
Xəbər verildiyi kimi, mayın 21-da səhər saatlarında Türkiyə polisi Ankarada Etimesgut qəsəbəsinin Yapracık məhəlləsində əməliyyat keçirib. Əməliyyat zamanı bir evdə terror aktı törətməyə hazırlaşan iki nəfərdən təslim olmaları tələb edilib. Polisə tabe olmayan bu şəxslər məhv edilib. Ankara valisi Ercan Topaca deyib ki, İstanbulda təqib edilən Azərbaycan əsilli şəxsin İŞİD üzvü olduğu deyib.
Onun avtomobil kirayələyərək Ankaraya 2 nəfər gətirdiyi üzə çıxıb. Azərbaycan əsilli şəxs saxlanılıb və o, İŞİD üzvü olduğunu, iki nəfəri də terrora aktı törətmək üçün Ankaraya gətirdiyini söyləyib. Bu ifadədən sonra polis əməliyyat keçirməyə qərar verib və həmin iki nəfər öldürülüb. Terrorçuların qaldıqları evdən “Kalaşanikov” avtomatları, çoxsaylı əl qumbaraları, partlayıcılar aşkarlanıb.
Türkiyə mətbuatının yaydığı məlumata görə, terrorçuları Ankaraya aparan və daha sonra İstanbula qayıdarkən yaxalanan şəxs Azərbaycan vətəndaşı Abhüseyn Cəlilovdur. O, Qusar rayonunun Yasab kəndinin sakinidir, 1993-cü ildə anadan olub. NTV telekanalı terrorçunun sürücülük vəsiqəsinin fotosurətini yayıb.
A.Cəlilovun atası Ravil Cəlilov azvision.az-a bildirib ki, oğlu Dağıstanda olduğu zaman İŞİD-çilərə qoşulub: “Abhüseyn üç il öncə Dağıstana işləməyə getmişdi. O, tikintidə işləyidi. Daha sonra onu Dağıstandan deportasiya etdilər. Abhüseyn orada olan zaman saqqalılara qoşulmuşdu. Kəndə qayıdandan sonra saqqal saxlayırdı. Ailədə, qohumlarımız arasında heç kəs onun yolunu getməyib. Abhüseyni Dağıstanda olan saqqallı uşaqlar öz tərəflərinə çəkdilər. Oğluma həmişə deyirdim ki, saqqal saxlama, bu yoldan çəkil, öz yoluna qayıt. Başa salırdım ki, bu yolun sonu yoxdur. Məcbur edirdim ki, saqqalını kəssin”.
R.Cəlilovun sözlərinə görə, oğlu Qazaxıstana işləmək üçün gedəcəyini gedərək hamıdan gizli Türkiyəyə yollanıb. “Biz elə bilirdik ki, o, Qazaxıstana işləməyə gedir. Türkiyəyə getməsi barədə məlumatımız yox idi. O, bizi aldatdı. Mən və həyat yoldaşım onu bu yoldan çəkindirməyə çalışırdıq. Oğlumu evləndirmişdik. Fikirləşirdik ki, bu yoldan çəkinər. Həyat yoldaşı da onun yolunu tutdu” deyə, atası bildirib.
Qeyri-rəsmi məlumatlara görə, indiyədək təkcə Şəki və Zaqatala bölgəsindən Suriyaya gedənlərin sayının 250 nəfərdən çox olduğu iddia edilir. Ümumiyyətlə, Azərbaycanın şimal bölgəsindən 100-ə yaxın adamın Suriyada vuruşduğu, onların əksəriyyətinin döyüşlərdə öldürüldüyü bildirilir.
Şimal zonasından Suriyaya gedənlərin çox olmasının bir sıra səbəbi var. Rusiyanın Şimali Qafqazda hər zamanda ərəb ölkələrindən gələn zərərli ideologiyalar üçün açıqdır. Ankarada ələ keçən terrorçunun atasının dedikləri də bunu təsdiq edir.
Ötən il və bu ilin əvvəlində Dövlət Təhlükəsizlik Xidməti (DTX) həm şimal bölgəsində, həm Bakıda Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərən terror təşkilatlarına qoşulmuş bir neçə şəxsi zərərsizləşdirib. Sonuncu belə əməliyyat bir müddət əvvəl Bakıda keçirilib. Rəsmi məlumata görə, dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlıqda şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - “Abu Hafsa” ləqəbli M.Ulubəyovun və “Abdulqərib” ləqəbli Q.Dəmirovun və “Abdullah” ləqəbli S.Məmmədovun tutulması zamanı müqavimət göstərərkən məhv edilib. Belə görünür ki, Suriya və İraqda sıxışdırılan İŞİD-çilər indi Türkiyədə yerləşirlər və onların sırasında azərbaycanlılar da var.(musavat.com)
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar