Xəbər lenti

Rusiya heç kimə cavab zərbəsi zamanı hərəkətlərinin məntiqini və motivasiyasını izah etməməlidir.

 Oxu.az xəbər verir ki, bu barədə hərbi analitik, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko TASS-a bildirib.

Onun sözlərinə görə, doktrina hər şeyi müəyyən edib, hansı konkret qərarların qəbul ediləcəyi artıq ali siyasi rəhbərliyin səlahiyyətidir.

"Hərbçilər Ali Baş Komandanın verəcəyi hər bir əmri yerinə yetirməyə hazırdırlar. Bu halda söhbət ATACMS raketlərinin istifadə olunmasından gedir, reaksiya və qiymətləndirmə məsələləridir - burada əgər konkret qərar qəbul edilibsə, heç kimi əvvəlcədən məlumatlandırmaq lazım deyil, heç bir xəbərdarlığa ehtiyac yoxdur. Hücum var, cavab tədbirləri faktı var, qüvvəyə minmiş sənəd var. Ona görə də, bilirsiniz, "indi vuracağıq", - deyə bağırmağın mənası yoxdur. Hərəkətlərimizin məntiqini və motivasiyasını heç kimə izah etmək lazım deyil. Çünki artıq doktrina səviyyəsində hər şey müəyyən edilib", - deyə Korotçenko bildirib.

O vurğulayıb ki, nüvə silahının tətbiqinin nəzəri şərtləri və meyarları müəyyən edilib, doktrina var, sənədin konkret vəziyyətdə tətbiqi isə artıq RF Silahlı Qüvvələri Baş Qərargahının və Ali Baş Komandanın "məhz belə nüvə reaksiyası variantının məqsədəuyğunluğunun nəticələrinə görə" səlahiyyətidir.

Xatırladaq ki, "The New York Times" qəzeti mənbələrə istinadən ABŞ Prezidenti Co Baydenin Ukrayna ərazisindən Rusiyanın dərinliklərinə ABŞ-nin ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verdiyi barədə məlumat yayıb. ABŞ administrasiyası açıq şəkildə bu məlumatların doğruluğunu nə təsdiqləyir, nə də inkar edir. Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel isə bəzi Avropa İttifaqı ölkələrinin də öz silahlarından Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün istifadəyə icazə verdiklərini bəyan edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov noyabrın 19-da xəbərdarlıq edib ki, RF-in yenilənmiş nüvə doktrinası Rusiyaya qarşı Qərbin qeyri-nüvə raketlərindən istifadə edildiyi təqdirdə nüvə cavabı imkanını nəzərdə tutur. O, daha əvvəl Qərb ölkələrinin qəbul etdiyi qərarın gərginliyin "keyfiyyətcə yeni mərhələsi" olduğunu qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 3 557          Tarix: 20-11-2024, 10:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma