Xəbər lenti

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskvada qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Sani ilə görüşüb.
Ovqat.com-un məlumatına görə, görüşdən sonra keçirilən mətbuat konfransında hər iki tərəf Suriya məsələsi ilə bağlı mövqelərini bəyan edib.
Lavrov çıxışında Kimyəvi Silahları Qadağan Təşkilatının (KSQT) Xan Seyhun hücumuna bağlı şəffaf bir araşdırma aparmadığından gileylənərək, KSQT çərçivəsində BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və bölgə ölkələrindən mütəxəssislərin iştirakı ilə genişəhatəli komissiya qurulmasının lazım olduğunu bildirib.
Nazir həmçinin Astanada 3-4 mayda keçirilməsi planlaşdırılan görüşlərə silahlı müxaliflərin də qatılacağı barədə siqnallar aldıqlarını dilə gətirib və Qətərin bu prosesə köməkçi olacağına ümid etdiyini deyib.
Qətər xarici işlər naziri əl-Sani də Xan Seyhunda baş verənlərə bənzər kimyəvi hücumların bir daha yaşanmaması üçün məsul şəxslərin cəzalandırılmasının lazım olduğunu vurğulayıb.
O, Suriya məsələsində Rusiya ilə Qətər arasında bəzi fikir ayrılıqlarının mövcudluğunu etiraf edib, Suriyanın ərazi bütövlüyü və problemlərinin həlli mövzularında isə hər iki dövlətin həmfikir olduğunu deyib.
Əl-Sani Astana danışıqlarını dəstəklədiklərini də sözlərinə əlavə edib.
Rusiya və Qətər Suriya ixtilafının iki əks qütbündə mühüm yer tutan ölkələrdir. Rusiya Əsəd rejiminin ən güclü hamisi olduğu kimi, Qətər bu rejimə qarşı döyüşən qüvvələrin əsas maliyyəçisi kimi tanınır.



Ana səhifəyə qayıt        Baxış: 941          Tarix: 16-04-2017, 09:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma