Xəbər lenti

Ukraynanın NATO-ya üzv olmasından əvvəl də effektiv təhlükəsizlik zəmanətinə ehtiyacı var.

“Report” xəbər verir ki, bunu ölkənin Prezidenti Volodimir Zelenski deyib.

“Rusiya (qoşunları-red) Ukrayna ərazisindən çıxmalıdır. Bütün Ukraynadan və bütün işğalçılar. BMT Nizamnaməsinin hər bir bəndi yenidən işləməlidir - Rusiyanın beynəlxalq hüquq pozuntularının heç birinə göz yummaq olmaz. Beynəlxalq münasibətlərə təhlükəsizlik və sülh məhz bu prinsiplər əsasında qayıdacaq”, - Prezident qeyd edib.

O qeyd edib ki, “Ukraynanın sülh düsturu məhz bunun üçündür, tamamilə realist və kifayət qədər konkretdir, bu gün (dünən-red) Makronla da ətraflı müzakirə olunub.

“Litva sammitində bizim ümumi mövqeyimiz – bütün iştirakçı dövlətlər – Avropanın təhlükəsizliyinin tələbləri qədər iddialı ola bilər. Mən buna əminəm. Ukrayna üçün, yəni qaydalara əsaslanan beynəlxalq nizam üçün effektiv təhlükəsizlik təminatları hətta Alyansa qoşulmazdan əvvəl də lazımdır”, - Zelenski bildirib.




Ana səhifəyə qayıt        Baxış: 2 886          Tarix: 16-04-2023, 11:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma