Xəbər lenti

“Əgər Rusiya kapitulyasiyaya razıdırsa, Ukrayna danışıqlara başlamağa hazırdır”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oliksiy Reznikov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tərəfdaşlar sülh məsələsini müzakirə etmirlər: “Çünki onlar yaxşı bilirlər ki, Ukrayna Rusiyanın hazırkı hakimiyyəti ilə danışmayacaq. Bununla belə, Rusiyanın kapitulyasiyası və təzminatların ödənilməsi ilə bağlı müzakirələr mümkündür”.

O.Reznikov həmçinin bildirib ki, Ukrayna əks-hücum əməliyyatına başlamağa hazırdır: “Müdafiəçilərimiz bunun üçün müvafiq qərarı və əlverişli hava şəraitini gözləyir”.

Qeyd edək ki, daha əvvəl Ukrayna rəsmiləri, o cümlədən Prezident Volodimir Zelenki Ukraynanın aprel-may aylarında əks-hücum əməliyyatına başlayacağını bildirmişdi.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 116          Tarix: 28-04-2023, 22:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma