Xəbər lenti

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli mayın 9-da Vaşinqtona səfər edəcək və Konqres üzvləri, həmçinin ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşəcək.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Qeyd olunur ki, səfərin əsas mövzusu Kiyevə yardım olacaq.

“Ceyms Kleverli Ukraynanın qələbəsi üçün vahid beynəlxalq cəbhənin işinin vacibliyini vurğulayacaq”, - deyə bəyanatda qeyd olunur.

Tərəflər ABŞ və Britaniya arasında iqtisadi əməkdaşlıq məsələlərini də müzakirə edəcəklər.

Mənbə: lenta.ru




Ana səhifəyə qayıt        Baxış: 2 609          Tarix: 9-05-2023, 10:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma