Xəbər lenti

“Qərbin müəyyən “qırmızı xətləri” keçmək qorxusu əsassızdır. Rusiya Prezidenti Vladimir Putin Ukraynanı məhv etməyə çalışır və onu nəyin bahasına olursa-olsun dayandırmaq lazımdır”.

Bunu ABŞ-nin Ukraynadakı keçmiş xüsusi nümayəndəsi Kurt Volker deyib.

O, bu fikirlə razı olduğunu bildirib ki, Qərb müəyyən növ silahları Ukraynaya ötürmür. Onun sözlərinə görə, “belə bir hiss var ki, Putini qıcıqlandırmamaq üçün hansısa şəkildə vəziyyəti nəzarətdə saxlamaq, qondarma qırmızı xətlərə riayət etmək lazımdır”.

“Hesab edirəm ki, bu, tamamilə yanlışdır. Mən bunu heç cür başa düşmürəm. Əgər Putin bundan daha çox şeyə qadir olsaydı, o, artıq bunu edərdi”, - deyə Volker qeyd edib.

Onun fikrincə, Putin Qərbdən müəyyən addımlar gözləmir. “O, Ukraynanı məhv etməyə çalışır və nəyin bahasına olursa-olsun onun qarşısı alınmalıdır”, - deyə Kurt Volker əlavə edib.

Mənbə: RBC-Ukrayna




Ana səhifəyə qayıt        Baxış: 3 069          Tarix: 24-05-2023, 16:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma