Xəbər lenti

“Bu, Kiyev rejiminin bizim bazar günü qərar qəbuletmə mərkəzlərindən birinə çox effektiv zərbələrimizə cavabıdır”.

Azpost.info bildirir ki, bu sözləri Kremlin sözçüsü Peskov Moskvaya PUA hucumlarını şərh edərkən deyib.

Peskov bildirib ki, hucumla bağlı prezident Putin dərhal məlumatlandırılıb: “Putin Moskvada və regionda PUA-larla bağlı vəziyyətlə bağlı bütün məlumatları birbaşa rejimdə alıb. Müdafiə Nazirliyi, mer Sobyanin, qubernator Vorobyov və digər idarələr ona məruzə ediblər”.

Peskov deyib ki, Hava hücumundan müdafiə sistemi və bütün xidmətlər yaxşı işləyib. “Bugünkü hücum xüsusi hərbi əməliyyatın zəruriliyini və məqsədlərinə çatdığını bir daha sübut edir”.

Peskov deyib ki, hazırda Moskva və Moskva vilayətinin sakinləri üçün heç bir təhlükə yoxdur.




Ana səhifəyə qayıt        Baxış: 2 796          Tarix: 30-05-2023, 23:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma