Xəbər lenti

ABŞ Prezidenti Co Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Qərbin ölkəyə qarşı müdaxiləsini ədalətli hesab etmədiyini deyib.

Bu barədə “Hürriyet” qəzetinin Ankara təmsilçisi Hande Fırat dövlət başçıları arasında keçirilən telefon danışığının təfərrüatını açıqlayarkən bildirib.

“Bayden və Ərdoğanın danışıqları hətta Ankaradakı nümayəndə heyətini heyrətə gətirdi. Bayden - “Qərbin sizə qarşı müdaxiləsini ədalətli hesab etmirəm”, - dedi. Bayden bunu deyəndə türk nümayəndə heyətinin üzvləri bir-birilərinə baxdılar. Ardınca Bayden “F-16” məsələsini inkişaf etdirmək istəyirəm, amma Konqresdə İsveç tələbi var. Türk nümayəndə heyəti bununla bağlı şərh verməyib”, - deyə nəşrin jurnalisti bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 938          Tarix: 31-05-2023, 13:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma