Xəbər lenti

Kaliforniyalı demokrat Ted Lye və ikipartiyalı qrupdan olan digər konqresmenlər Rusiyanın terrorizmə sponsorluq edən dövlətlər siyahısına salınması üçün Konqresə qanun layihəsi təqdim ediblər.

Kaliforniyalı demokrat Ted Lye bununla bağlı öz saytında sənəd dərc edib.   

Təşəbbüskarlar hesab edirlər ki, bu, Rusiyanın daha çox təcrid edilməsinə və ona əlavə iqtisadi ziyan vurulmasına imkan verəcək.

Rusiya Xarici İşlər Nazirliyi isə daha əvvəl xəbərdarlıq etmişdi ki, belə bir təşəbbüsün həyata keçirilməsi sərt cavablara gətirib çıxara, dövlətlər arasındakı münasibətlər isə tamamilə pozula bilər.

Mənbə: MK.ru




Ana səhifəyə qayıt        Baxış: 2 984          Tarix: 10-06-2023, 11:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma